Ayın sonunadək Rusiyaya qarşı 14-cü sanksiya paketi hazır olacaq
Sanksiyalara Rusiya qazının nəqlinə məhdudiyyətlər də daxil ola bilər. Digər tərəfdən Avropanın sanksiyalarına məruz qalacaq şəxslərin siyahısının genişlənəcəyi gözlənilir.
Bundan əlavə, Rusiya Federasiyasında bizneslə məşğul olan Avropanın törəmə şirkətlərinin fəaliyyətinə daha sərt məhdudiyyətlər tətbiq ediləcək. Lakin sənayesi Rusiyaya aktiv şəkildə sərmayə qoymağa davam edən Almaniya bu məqamı dəstəkləmir.
AzVision.az
Teqlər: