Merkel ABŞ-dan üz döndərdi

Merkel ABŞ-dan üz döndərdi
  07 İyul 2014    Oxunub:930
Almaniya kəşfiyyat idarəsinin əməkdaşının ABŞ-ın xeyrinə casusluq etməsi təsdiqlənsə, Almaniya ABŞ-la münasibətlərə yenidən baxacaq.
AzVision.az-ın məlumatına görə, bu barədə Almaniya kansleri Angela Merkel Çinin paytaxtı Pekində keçirilən mətbuat konfransında bildirib.

Daha əvvəl Almaniya prokurorluğu bəyan edib ki, 31 yaşlı Almaniya vətəndaşı xarici kəşfiyyata işləməkdə şübhəli bilinir. Almaniya KİV-nə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs Almaniya Federal Kəşfiyyat İdarəsində işləyib və o, ABŞ-ın xeyrinə casusluq etməkdə günahlandırılır. Məlumatlara əsasən, kəşfiyyatçı 2012-ci ildən Vaşinqtona işləyib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti