"Sülh Kiyev üçün məqbul şərtlərlə bağlanmalıdır" - Sunak

"Sülh Kiyev üçün məqbul şərtlərlə bağlanmalıdır" -  Sunak
  17 İyun 2024    Oxunub:1711
Böyük Britaniyanın Baş naziri Rişi Sunak İsveçrədə keçirilən forumda bildirib ki, Rusiya və Ukrayna yalnız Kiyev üçün məqbul şərtlərlə sülh bağlamalıdır.
“Rusiya Prezidenti Vladimir Putin əsl sülhdə maraqlı deyil. O, daim bu sammitə qarşı diplomatik kampaniya aparır, ölkələrin danışıqlara hazır olduqlarını iddia edərək, bu sammitdə iştirakdan çəkinməyə çağırır”, - Britaniya lideri bildirib.

Sunakın sözlərinə görə, Rusiyanın müttəfiqləri indi tarixin yanlış tərəfindədirlər.

AzVision.az



Teqlər: Ukrayna   Sülh  





Xəbər lenti