AB Rusiyaya qarşı sanksiyaları uzatdı
“Bu gün Şura Krımın və Sevastopol şəhərinin Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaqına cavab olaraq AB-nin tətbiq etdiyi sanksiyaların 23 iyun 2025-ci ilə qədər uzadılması barədə qərar qəbul edib”, - sənəddə deyilir.
Xatırladaq ki, hazırda qüvvədə olan məhdudlaşdırıcı tədbirlər ilk dəfə 2014-cü ilin iyununda tətbiq edilib. Krımdan və ya Sevastopoldan AB-yə məhsulların idxalına, habelə bu ərazilərdən infrastruktur və ya maliyyə investisiyalarına, eyni zamanda turizm xidmətlərinə qadağalar daxildir.
AzVision.az
Teqlər: