Volodin: "Putinin sülh təklifi Ukraynada müzakirəyə çıxarılıb"

      Volodin:    "Putinin sülh təklifi Ukraynada müzakirəyə çıxarılıb"
  15 İyun 2024    Oxunub:1384
"Parlament xətti ilə aldığımız məlumata əsasən, Ali Radanın bir sıra deputatı Putinin sülhlə bağlı təkliflərini nəzərdən keçirir".
AzVision.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb.
Dünya liderləri Ukrayna Sülh Sammitinə toplaşırlar

"Bu düzgün addımdır, çünki Zelenskinin səlahiyyət müddətinin başa çatdığı bir vaxtda Ukraynada yeganə qanuni və məsul qurum Ali Radadır. Hərçənd ukraynalı deputatlar neçə ki ABŞ və Avropa İttifaqının köməyinə arxalanırlar, ölkə sui-istismar altında qalaraq zəifləyəcək", - Duma sədri vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   müharibə   sülh  





Xəbər lenti