Hərbi Qənimətlər Parkına növbəti texnikalar gətirilib - FOTOLAR

   Hərbi Qənimətlər Parkına növbəti texnikalar gətirilib -    FOTOLAR
  15 İyun 2024    Oxunub:965
Xocalı rayonu ərazisində aşkar olunan "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1S32" raket tuşlama stansiyası, iki ədəd "2P24" buraxıcı qurğusu Bakı şəhərində Hərbi Qənimətlər Parkında yerləşdirilib.
Hərbi ekspertlər qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə ətraflı məlumat veriblər.



Qeyd olunub ki, ordumuz bunları antiterror tədbirləri zamanı Xocalı rayonundan ələ keçirib. Bu iki element "2K11 Kruq" zenit-raket kompleksinin tərkib elementlərinin bir hissəsidir. Bu raket tuşlama stansiyasının özünün lokatoru var, lokator vasitəsilə 105 kilometr məsafəyə qədər hədəflərin aşkarlanması və izlənməsini həyata keçirir. Məhv edilməsi üçün qərarlar vermiş hədəflərə atıcı qurğuları yönəldərək üstündəki raketlər vasitəsilə 3M8, M1, M2, M3 tipli hədəfə doğru tuşlayıb göndərir.




AzVision.az




Teqlər:





Xəbər lenti