Lüksemburqla konsulluq məsləhətləşmələri keçirilib

Lüksemburqla konsulluq məsləhətləşmələri keçirilib
  14 İyun 2024    Oxunub:843
Azərbaycan və Lüksemburq arasında konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə Lüksemburq XİN-in Konsulluq Məsələləri və Beynəlxalq Mədəniyyət Əlaqələri üzrə direktor Jan Klod Kuqener "X" hesabında bildirib. “Azərbaycan XİN-də keçirilən ikitərəfli Lüksemburq-Azərbaycan Konsulluq Məsləhətləşmələrimiz üçün Bakıda olmaqdan məmnunam”, - o qeyd edib.

Azərbaycan tərəfindən məsləhətləşmələrdə XİN-in Konsulluq İdarəsinin rəisi Emil Səfərov iştirak edib. Lüksemburq XİN rəsmisi vurğulayıb ki, iki ölkə arasında konsulluq əməkdaşlığına dair səmərəli müzakirələr aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti