Əziz Əliyev haqqında “Böyük Azərbaycan naminə” kitabı işıq üzü görüb

   Əziz Əliyev haqqında “Böyük Azərbaycan naminə” kitabı işıq üzü görüb
  12 İyun 2024    Oxunub:2056

Tədqiqatçı Adıgözəl Məmmədovun “Böyük Azərbaycan naminə” kitabı Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin fəaliyyətinə həsr olunub
AzVision.az xəbər verir ki, tədqiqat əsəri tariximizin bir çox gizli səhifələrinə işıq salır və təkcə ixtisaslaşmış mütəxəssislər üçün deyil, həm də geniş oxucu kütləsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Müəllif arxiv sənədlərinə əsaslanaraq, Əziz Əliyevin Cənubi Azərbaycanda və Dağıstanda işlədiyi illəri başqa rakursdan işıqlandırır, oxuculara o dövrün hadisələrinə yeni baxış bucağı təqdim edir.

Xüsusilə, kitabda qeyd olunur ki, 1942-ci ildə Krım tatarlarının deportasiyasından sonra müharibənin qızğın vaxtında, Moskvadakı müəyyən qüvvələr Qafqaz xalqlarının Orta Asiyaya köçürülməsi məsələsini SSRİ Dövlət Müdafiə Şurası qarşısında qoymağa hazırlaşırdılar və ilk seçim Dağıstan xalqlarının üzərinə düşürdü. Bu vəziyyəti həll etmək üçün Dağıstan Vilayət Partiya Komitəsinin Birinci Katibi vəzifəsinə təyin edilmiş Əziz Əliyev və hüquq-mühafizə orqanlarının, SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatlarının, komsomolun, həmkarlar ittifaqlarının böyük bir qrupu Dağıstana ezam edildi.

Əziz Əliyev başda olmaqla, oraya göndərilən insanların fədakar əməyi sayəsində onlar öz məqsədlərinə çatdılar. Müharibə illərində və müharibədən sonra bu respublikada heç bir neqativ fakt meydana çıxmadı. Beləliklə, Dağıstan xalqlarının köçürülməsi məsələsi bir daha qaldırılmadı.

AzVision.az



Teqlər:





Xəbər lenti