Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

   Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
  12 İyun 2024    Oxunub:1093
İyunun 13-14-də, əsasən, dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, Naxçıvan MR, Gəncə, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağdərə, Mingəçevir, Yevlax, Xızı, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13,9-20,7 m/san təşkil edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti