ABŞ Dövlət katibinin köməkçisi Ermənistana gedir

   ABŞ Dövlət katibinin köməkçisi Ermənistana gedir
  08 İyun 2024    Oxunub:946
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn
iyunun 10-da Ermənistana səfərə yollanacaq.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində "Ermənistanla qarşılıqlı əlaqələrin daha da inkişafı üzrə əhəmiyyətli irəliləyişlər nəzərdən keçiriləcək və növbəti addımlarla bağlı müzakirə aparılacaq".

O'Brayn həmçinin respublika rəhbərliyi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişi danışıqları, o cümlədən Alma-Ata bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesi barədə fikir mübadiləsi aparacaq.

Diplomat, eyni zamanda, biznes nümayəndələri ilə də görüş keçirəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ermənistan  





Xəbər lenti