Zaxarova: "Belarusa zərbə Rusiyaya hücum kimi qiymətləndiriləcək"

   Zaxarova:    "Belarusa zərbə Rusiyaya hücum kimi qiymətləndiriləcək"
  07 İyun 2024    Oxunub:744
"Moskva Minskə qarşı istənilən təcavüzü İttifaq dövlətlərinin ümumi ərazisinə hücum kimi qiymətləndirəcək".
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib. O, Litva Xarici İşlər Nazirliyinin Kiyevin Qərb silahlarından təkcə Rusiyaya deyil, həm də Belarus ərazisinə hücumlar üçün istifadə etməsinin məqsədəuyğunluğu barədə son bəyanatını pisləyib.

"Sadəcə sizə xatırladıram ki, 2021-ci il yenilənmiş “İttifaq Dövlətinin Hərbi Doktrinasına” uyğun olaraq, Belarusa qarşı hər hansı xarici təcavüz Rusiya tərəfindən ümumi ittifaq ərazimizə təcavüz kimi qiymətləndirilir və bütün bunlar çox ciddi nəticələrə səbəb olacaq",- o qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus  





Xəbər lenti