Ukrayna ordusu Slavyanskı azad etdi

Ukrayna ordusu Slavyanskı azad etdi
  05 İyul 2014    Oxunub:1061
Ukrayna ordusu Slavyansk şəhərini separatçılardan təmizləyib. Separatçılar səhər saatlarından etibarən şəhəri tərk etməyə başlayıb.
AzVision.az-ın məlumatına görə, bu xəbəri “Donetsk Xalq Respublikası”nın qərargahı da təsdiqləyib.

Ukrayna ordusu və separatçılar arasında səhər saatlarından etibarən güclü atışma baş verib. Hadisə şahidlərinin sözlərinə görə, Ukrayna ordusu və Milli Qvardiyası əvvəlcə Slavyansk şəhərini mühasirəyə alıb. Daha sonra Slavyanska tank və piyada qoşun daxil olub. Şəhərdə küçə döyüşləri başlayıb. Bundan sonra separatçılar şəhəri tərk etmək barədə qərar verib. Şəhərin Ukrayna ordusu tərəfindən mühasəyə alınmasına baxmayaraq separatçılar mühasirəni yararaq Kramatorsk şəhərinə gediblər. Onların bir sıra texnikası yolda məhv edilib.

Artıq Ukrayna prezidenti Pyotr Poroşenko Slavyank şəhər şurası binası üzərində dövlət bayrağının qaldılması ilə bağlı tapşırıq verib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti