Makron: "Qəzzada müharibə başa çatmalıdır"

   Makron:    "Qəzzada müharibə başa çatmalıdır"
  01 İyun 2024    Oxunub:1539
Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Baydenin İsrail-HƏMAS müharibəsi üçün atəşkəs təklifini dəstəklədiyini diqqətə çatdırıb.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabından bildirib.

"ABŞ-nin davamlı sülh naminə təklifini dəstəkləyirik. Regiondakı tərəfdaşlarımızla bu müstəvidə işlər aparırıq. Əsirlərin azadlığa buraxılması, davamlı atəşkəs bizi sülh və iki dövlətli həll yoluna istiqamətləndirəcək", - Fransa Prezidenti vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   ABŞ   Qəzza   atəşkəs  





Xəbər lenti