Ermənistan Rusiyanın qızıl və almazlarını satır

   Ermənistan Rusiyanın qızıl və almazlarını satır
  01 İyun 2024    Oxunub:989
Rusiya Qərbin sanksiyalarından yan keçmək üçün qiymətli daşların və qızılın ixracında Ermənistandan istifadə edir. Bu barədə Deutsche Welle yazır.
2024-cü ilin birinci rübündə Ermənistandan qızıl ixracı 2,5 milyard dollar, almaz 185 milyon dollar təşkil edib. Ölkədə bu xammalın emalı kəskin artaraq 31% olub. Almaz və qızılın Rusiyadan idxalı da eyni sürətlə artır.

“2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib ki, bu da respublikanın özündə istehsal olunandan 30 dəfə çoxdur. Bu, artıq artan təkrar ixracın parlaq faktıdır”,- irəvanlı iqtisadçı Suren Parsyan DW-yə müsahibəsində deyib.

İqtisadçılar qeyd edirlər ki, Ermənistan faktiki olaraq Rusiya daşları və qızıllarının, xüsusən Dubay və Honq Konqa tədarükü üçün tranzit kanalına çevrilib.

“2022-ci ildə Rusiyadan çıxarılan pulun əhəmiyyətli hissəsi Ermənistanda məskunlaşıb. Bu vəsaitlər erməni kanalları vasitəsilə Rusiya ilə BƏƏ arasında almaz və qızıl alveri zamanı istifadə olunur”, - erməni iqtisadçısı Aqasi Tavadyan deyir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti