Rusiya Odessaya desant çıxarmağa hazırlaşır
Bir milyondan çox abunəçisi olan “Legitimnıy” telegram-kanalı öz mənbələrindən alınan məlumatların sonradan sübuta yetdiyini dəfələrlə nümayiş etdirib.
Rusiyalı ekspertlər bu məlumatın səhih olduğu və nəzərdə tutulan əməliyyatın uğurla həyata keçiriləcəyi halda Moskvanın bir neçə strateji məqsədə çatacağını vurğulayırlar.
Əvvəla, Ukraynanın ən böyük sənaye və logistika mərkəzi sıradan çıxarılacaq ki, bu da ölkəni dolanışıqdan və ordusunu saxlamaqdan məhrum edəcək.
İkincisi, Qara Dəniz Donanmasının (BSF) gəmilərinə və Krıma hücumları, “taxıl dəhlizi” yolu ilə silahların çatdırılmasını təşkil edən çoxsaylı xarici muzdlular, təlimatçılar, Fransa və Britaniya mütəxəssisləri məhv olunacaq və ya oradan çıxarılacaq.
Üçüncüsü, alyansla müharibəyə cəlb olunmaq qorxusu altında Rusiya Silahlı Qüvvələri tərəfindən Odessanın tutulmasının qarşısını almaq üçün NATO ölkələrinin böyük kontingentinin cəlb edilməsi ehtimalı gündəmdən çıxacaq.
Dördüncüsü, gəmiləri indi tənha körfəzlərdə gizlənən Qara Dəniz Donanmasının blokadası aradan qaldırılacaq. Habelə, Dnestryanının və onunla bərabər Kolbasna kəndində yerləşən böyük silah anbarının tutulması təhlükəsi aradan götürüləcək.
Beşincisi, Ukrayna Silahlı Qüvvələri onsuz da min kilometrlik hərbi toqquşma xəttini (HTX) uzatmaqla ehtiyatları bu cəbhəyə köçürmək məcburiyyətində qalacaq ki, bu da onların gücünün çatışmazlığı şəraitində Donbassda Slavyansk və Kramatorsk istiqamətində strateji əhəmiyyətli hücumun inkişafına imkan verəcək. Eyni zamanda, Zaporojyeyə və Nikolayevə quruda hücum əməliyyatlarına başlamaq imkanı yaranacaq.
Bununla yanaşı, analitiklər Odessaya desant çıxarılmasının bir sıra çətinliklərlə üzləşəcəyini də vurğulayırlar.
1. Dron təhlükəsi səbəbindən çatdırmaları hava və daha çətin olan dəniz yolu ilə təşkil etmək lazım gələcək. Bununla yanaşı, Rusiya oprdusunun Xarkov istiqamətində hücumundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Starlink peyk rabitəsinin neytrallaşdırılmasından şikayət etdiyi son təcrübə bu əməliyyatda daha geniş tətbiq olunacaq.
2. Rusiya Silahlı Qüvvələrinin hücumu Ukraynanın qərar qəbuletmə mərkəzlərinə və rabitə vasitələrinə hücumlarla müşayiət olunmalıdır. Məlumat və televiziya siqnallarının ötürülməsi mərkəzlərinin sistemlərini də sıradan çıxarmaq lazımdır. Lakin Ukraynanın enerji sisteminin idxal tədarükünün “ipindən asılı” olması səbəbindən həmin mərkəzlər tamamilə söndürülə bilər. İşıq yoxdursa, heç nə də olmyacaq.
3. Böyük ərazilər minalardan təmizlənməlidir, lakin Böyük Vətən Müharibəsi illərində bunu etmək mümkün oldu - hətta Opera Teatrı da dağıdılmadı.
Rusiyalı ekspertlərin fikrincə, Odessaya desant çıxarışı həqiqətən də Qərbin Ukraynanı dəstəkləmək və onun müqavimətini qırmaq cəhdlərini tez bir zamanda ləğv edəcək geniş hücum əməliyyatının başlanğıcı olardı. Çünki Odessa və bölgədəki obyektlər digərlərindən daha çox Rusiya Aerokosmik Qüvvələrinin hədəfinə çevriləcək, anbarlar, qərar qəbuletmə mərkəzləri və logistika infrastrukturu dağıdılacaq.
Qeyd edək ki, Ukraynanın Odessa şəhəri Rusiyanın son vaxtlar intensiv şəkildə bombardman etdiyi şəhərlərdən biridir.
Sahil İsgəndərov
AzVision.az