İran parlamentinin keçmiş sədri prezident olmaq istəyir

   İran parlamentinin keçmiş sədri    prezident olmaq istəyir
  31 May 2024    Oxunub:1343
İran parlamentinin keçmiş sədri, tanınmış siyasətçi Əli Laricani prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Bu barədə İSNA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Laricani qeydə alınmış altıncı namizəddir. Ondan əvvəl İranın ali rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, Demokratlar Partiyasının baş katibi Mostafa Kavakebian, Müstəqillik və Bərabərlik Partiyasının baş katibi Qodratali Heşmatyan, eləcə də parlament üzvləri Məhəmmədrza Sabbaqiyan və Abbas Moğtadai qeydiyyatdan keçiblər.

ISNA agentliyi yazır ki, Laricani hazırda İranın ali dini lideri Əli Xamneyinin müşaviri və siyasi məqsədəuyğunluğu müəyyən edən şuranın tamhüquqlu üzvüdür.

O, parlamentin nümayəndəsi və rəhbəri, İranın dövlət televiziya və radio şirkətinin rəhbəri, mədəniyyət və islami irşad naziri olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti