KTMT ölkələrinin müdafiə nazirləri toplandı - Ermənistan iştirak etmir

   KTMT ölkələrinin müdafiə nazirləri toplandı -    Ermənistan iştirak etmir
  31 May 2024    Oxunub:1215
Almatıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası başlayıb. Tass-ın məlumatına görə, Ermənistan görüşdə iştirak etmir.
Təşkilatın katibliyinin nümayəndəsi Yuri Şuvalov bildirib ki, Ermənistan iclasda iştirak etməsə də, Almatıda məhdud tərkibdə qərarların qəbul edilməsinə etiraz etmir.

Qeyd edək ki, tədbir Qazaxıstanın KTMT-yə sədrliyi çərçivəsində keçirilir. Onun iştirakçıları KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırış və təhdidləri, həmçinin təşkilatın hərbi komponentinin inkişafı məsələlərini müzakirə edəcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti