Azərbaycanda yeni fondlar yaradılır

Azərbaycanda yeni fondlar yaradılır
  05 İyul 2014    Oxunub:1553
Nazirlər Kabineti “Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətləri”ni təsdiq edib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, qərar iyulun 1-dən qüvvəyə minib.

Sənəd dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsində ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətlərini müəyyənləşdirir, bu sahədə ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işlərin iştirakçıları arasında münasibətləri tənzimləyir və dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyəti həyata keçirən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə və Dövlət Sərhəd Xidmətinə, həmçinin dövlətin müdafiəsi üzrə sifarişləri yerinə yetirən Müdafiə Sənayesi Nazirliyinə şamil edilir.

Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsinin əsas məqsədləri dövlətin müdafiəsi üzrə sifarişlərin yerinə yetirilməsi və silahların istismarı, hərbi və xüsusi texnikanın, texniki vasitələrin istifadəyə hazırlanması və təyinatı üzrə səmərəli istifadəsi, təhlükəsizliyi sahəsində ölçmələrin nəticələrinin tələb olunan dəqiqliyinə, etibarlılığına və tutuşdurulmasına nail olmaq, hərbi texnologiyaların inkişafının təmin edilməsi, ordunun müasir, yüksək dəqiqlikli silahlar və döyüş texnikası ilə təchiz edilməsi, silahların, hərbi və xüsusi texnikaların elmi tədqiqatlarının, təcrübi-konstruktor işlərinin, istehsalının və istismarının səmərəliliyinin təmin edilməsi, onların yaradılma və sınaq müddətlərinin qısaldılması və silahlı qüvvələrin və digər qoşunlarının şəxsi heyətinin həyat və sağlamlığının qorunmasıdır. Eyni zamanda bu məqsədlər sırasına müvafiq orqanların texniki, döyüş və arxa cəbhə təminatında, dövlətin iqtisadi təhlükəsizliyi üzrə tədbirlərin həyata keçirilməsində ölçmələrin lazımi dəqiqliyinə və etibarlılığına nail olmaq, antiterror fəaliyyətində səmərəliliyin yüksəldilməsi, silahların, hərbi və xüsusi texnikanın yaradılması və istismarının gedişində bütün növdən olan resurslara qənaət edilməsi də daxildir. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi davamlılıq, sürətlilik, operativlik, iqtisadi səmərəlilik və dövlət sirrinin qorunması prinsipləri nəzərə alınmaqla təşkil olunur. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işlər müvafiq orqanların metroloji xidmətləri və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində metroloji işlərin qurumlararası metodiki əlaqələndirilməsi məsələləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsinin texniki bazasını dövlət ilkin kəmiyyət vahidi etalonları ilə izlənilən etalon-daşıyıcılar, kəmiyyət vahidi etalonları, müxtəlif təyinatlı mobil metroloji komplekslər, standart nümunələr və hərbi təyinatlı işçi ölçmə vasitələri təşkil edir. Hərbi və xüsusi təyinatlı ölçmə vasitələrinə müdafiə və təhlükəsizlik sahəsində ölçmələrin aparılması üçün işlənilib hazırlanan və tətbiq edilən ölçmə vasitələri aid edilir. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması müvafiq orqanlar tərəfindən təqdim olunmuş məlumatlar əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar ölçmə vasitələrinin yoxlanılması, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədilə sınaqların aparılması, ölçmə metodikalarının (metodlarının) attestasiyası və layihə-konstruktor, texnoloji sənədlərin məcburi metroloji ekspertizası ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya edilmiş hüquqi və ya fiziki şəxslər tərəfindən “Dövlət sirri haqqında” qanununun tələblərinə riayət etməklə həyata keçirilir.


Teqlər:





Xəbər lenti