Rusiyanın əməkdar artisti vəfat etdi
“Bu gecə uzun və ağır xəstəlikdən sonra Nastyamız vəfat etdi. Səmimi qəlbdən xeyir arzulayan, sağlamlıq üçün dua edən və inanan hər birinizə təşəkkür edirik. Nastya həmişə dəstəyinizi hiss etdi və həqiqətən yüksək qiymətləndirdi. Vidalaşmanın yeri və vaxtı barədə bu axşam sizə məlumat verəcəyik”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Anastasiya Zavorotnyuk 2006-cı ildə Rusiyanın əməkdar artisti adını almışdı. O, “Mənim möhtəşəm dayəm” serialı (2004-2009) ilə populyarlıq qazanmışdı.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: