Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşüblər

   Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşüblər
  29 May 2024    Oxunub:853
“EFES - 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Mətin Gürak ilə görüşüb
MN-dən AzVision.az -a verilən məlumata görə, görüşdə hərbi və hərbi-texniki əməkdaşlığn cari vəziyyəti müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   qərargah   görüş  





Xəbər lenti