Slovakiya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

   Slovakiya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb
  29 May 2024    Oxunub:698
Slovakiya Prezidenti Zuzana Çaputova Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az məktubu diqqətə çatdırır:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Şadam ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər uzunmüddətli dostluq xarakteri daşıyır və ümumi maraqların yeni sahələrinə doğru genişlənir. Əminəm ki, qarşılıqlı əməkdaşlığımız ölkələrimizin vətəndaşlarının rifahı naminə bundan sonra da inkişaf edəcəkdir. Bizim əsas dəyərlərimiz demokratiya, qanunun aliliyi, insan hüquqları və çoxtərəflilik, eləcə də davamlı gələcək naminə sabitlik, firavanlıq və həmrəylikdir.

Hörmətli cənab Prezident, Sizə, həmçinin bütün Azərbaycan vətəndaşlarına möhkəm cansağlığı, əmin-amanlıq, sabitlik, firavanlıq və uğurlu inkişaf arzulayıram".

AzVision.az


Teqlər: Azərbaycan   Slovakiya   Prezident   təbrik  





Xəbər lenti