Quterreş Azərbaycan Prezidentini təbrik edib

   Quterreş Azərbaycan Prezidentini təbrik edib
  29 May 2024    Oxunub:686
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az məktubu diqqətə çatdırır:

"Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd edir.

Bu əlamətdar tarix Dayanıqlı İnkişaf Məqsədlərinin inkişaf etdirilməsinin, iqlim böhranı ilə mübarizənin, hamı üçün fürsətlərin genişləndirilməsi və ümid verilməsinin əhəmiyyətini xatırlamaq baxımından gözəl fürsətdir.

İndi hamı üçün sülhün, davamlı inkişafın, insan hüquqlarının təmin olunmasına kömək etmək naminə həmrəyliyin və ortaq həll yollarının tapılmasının vaxtıdır.

Bu əlamətdar günü qeyd edərkən, gəlin Azərbaycan xalqı və bütün dünya xalqları üçün daha da yaxşı gələcək naminə səylərimizi artıraq.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

AzVision.az


Teqlər: Azərbaycan   BMT   Prezident   təbrik  





Xəbər lenti