Hərbi qulluqçunu öldürən şəxsin məhkəməsi başlayır

Hərbi qulluqçunu öldürən şəxsin məhkəməsi başlayır
  29 May 2024    Oxunub:725
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qulluqçusu Abdullayev Amil Hümbət oğlunu qətlə yetirməkdə təqsirləndirilən Abdullayev Nizami Eynulla oğlunun məhkəməsi başlayır.
AzVision.az "Report"a istinadən xəbər verir ki, cinayət işinə Füzuli Hərbi Məhkəməsində baxılacaq.

Xatırladaq ki, A.H.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəminində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Zərərçəkmiş A. Abdullayev mayor olub. O, İkinci Qarabağ müharibəsində döyüşüb. Bir neçə rayonun işğaldan azad edilməsinə görə təltif edilib.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: cinayət   məhkəmə  





Xəbər lenti