Təl-Əvivdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Təl-Əvivdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib
  29 May 2024    Oxunub:863
Ölkəmizin İsrail Dövlətində səfirliyi tərəfindən Təl-Əviv şəhərində 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil edilib.
Səfirlikdən bildirilib ki, tədbirdə çıxış edən ölkəmizin İsraildəki səfiri Muxtar Məmmədov 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin həmin dövr üçün misilsiz nailiyyətlərindən və Azərbaycanda mövcud multikultural mühit haqqında danışıb.

O, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda bu günə kimi ölkə rəhbərliyi tərəfindən görülən işlərdən bəhs edib. Eyni zamanda, Azərbaycanın hər bir nöqtəsində Dövlət Bayrağının dalğalanması üçün canını fəda etmiş qəhrəman oğullarımızdan danışıb və Prezident İlham Əliyev tərəfindən siyasi, iqtisadi, hərbi, sosial və humanitar sahələrdə həyata keçirilən uzaqgörən siyasət haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə İsraildə fəaliyyət göstərən “Sevgi” musiqi ansamblı və Qüds Lirik Operasının solisti Kameliya Yoffenin ifasında klassik Azərbaycan əsərləri və xalq mahnılarından ibarət konsert proqramı təşkil olunub. Həmçinin Azərbaycan Televiziyası və Bakı Media Mərkəzinin istehsalı olan videoçarxlar nümayiş etdirilib.

Tədbir iştirakçıları üçün xüsusi yarış da təşkil olunub və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə qaliblərə iki ədəd Təl-Əviv-Bakı istiqamətində uçuş bileti hədiyyə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti