Moskva Ukraynaya və Qərbə öz mövqeyini açıqlayıb

   Moskva   Ukraynaya və Qərbə  öz mövqeyini  açıqlayıb
  29 May 2024    Oxunub:1082
Son vaxtlar Moskva ilə Kiyev arasında ülh danışıqlarının aparılacağı tərzdə Ukrayna tərəfini kimin təmsil edəcəyi barədə diskussiyalar gündəmə gəlib. Kremlin fikrincə, mayın 20-də prezidentlik müddəti bitmiş Volodimir Zelenskinin belə səlahiyyəti yoxdur.
AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında Ukrayna Konstitusiyasının yalnız Ali Radanın (parlamentin) səlahiyyətlərinin uzadılmasını nəzərdə tutduğunu, prezident haqqında isə bu barədə heç nə deyilmədiyini bildirib.

“Ukrayna prezidentinin legitimliyi məsələsi ilə bağlı ciddi və dərin təhlil aparmaq lazımdır: hərbi vəziyyət dövründə Ukraynada seçkilər keçirilmirsə, bu, prezidentlik müddətinin uzadılması demək deyil. Ukrayna qanunlarına görə, prezidentin səlahiyyətləri bitdikdən sonra ali hakimiyyət parlamentin spikerinə keçməlidir. Ukraynada yeganə legitim orqan olaraq Ali Rada və onun spikeri qalır. Hakimiyyətin legitimliyi sualına son cavabı Ukraynanın siyasi və hüquqi sistemi verməlidir ki, bu da o qədər də çətin deyil”, - Putin vurğulayıb.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski hələ 2022-ci il sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinlə danışıqların aparılmasına qadağa qoyulması barədə sərəncam imzalayıb.

Rusiya ərazisindəki hədəflərin Ukraynanın Qərbdən göndərilən silahlar vasitəsi ilə vurmasına razılıq verilməsi barədə NATO-nun baş katibi Yens Stoltenberqin təklifini şərh edən Putin, onu hələ Norveçin baş naziri vəzifəsindən tanıdığını və o vaxt demensiyadan (ağıldan kasadlıq) əziyyət çəkdiyinin şahidi olmadığını söyləyib.

“Rusiyaya qarşı yüksək dəqiqlikli silahların tətbiqindən danışan Stoltenberq bilməyə bilməz ki, bu cür zərbələrin Ukrayna hərbçilərinin iştirakı olmadan yalnız kosmik vasitələrdən istifadə etməklə həyata keçirilməsi mümkündür. Xarkov istiqamətində hadisələr Qərbin hərəkətləri ilə qızışdırılıb. Rusiya təhlükəsizlik zonası yaradır. Uzaqmənzilli silahların istifadəsi təqdirində Rusiya Silahlı Qüvvələri yenidən sanitar zona ilə bağlı qərar qəbul etməli olacaq”, - Vladimir Putin deyib.

Rusiya prezidenti NATO ölkələrinin, xüsusən də Avropanın və kiçik ölkələrin təmsilçilərinin nə ilə oynadıqlarını bilməli olduqlarını xatırladıb. Onlar yadda saxlamalıdırlar ki, bunlar, bir qayda olaraq, kiçik əraziyə və çox sıx əhaliyə malik dövlətlərdir. Putinin sözlərinə görə, onlar bu amili yaddan çıxarmamalıdırlar.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Putin   Ukrayna   Stoltenberq  





Xəbər lenti