Fuad Muradov Moldovadakı azərbaycanlılarla görüşüb

Fuad Muradov Moldovadakı azərbaycanlılarla görüşüb
  29 May 2024    Oxunub:881
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Kişineuya səfəri çərçivəsində Moldovada yaşayan Azərbaycan icması ilə görüşü keçirilib.
Görüşdə Moldova Azərbaycanlıları Konqresinin üzvləri, Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin və səfirliyin əməkdaşları iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Ülvi Baxşəliyev Diasporla İş üzrə Dövlət Komitəsinin soydaşlarımızla işini yüksək qiymətləndirib. Sonra Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Azərbaycan İcmasının gördüyü işlər və qarşıda duran hədəflər barədə hesabatla çıxış edib.

Komitə sədri Fuad Muradov Azərbaycanın Dövlət Bayrağının işğaldan azad olunan ərazilərimizdə ucaldılması hadisəsinə görə dünya azərbaycanlıları adından Prezident İlham Əliyevə və qəhrəman hərbçilərimizə minnətdarlığını ifadə edib. F.Muradov Qarabağ bölgəsində görülən quruculuq işləri barədə ətraflı məlumat verib.

Komitənin fəaliyyəti barədə geniş hesabatla çıxışını davam etdirən sədr indiyədək həyata keçirilən çoxşaxəli fəaliyyət istiqamətləri barədə və dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb.

Digər çıxışçılar bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb, Moldovada Azərbaycan Evinin açılmasını təklif ediblər. Komitə sədri təklifə baxılacağını bildirib.

Tədbirin sonunda Dövlət Komitəsinin adından Moldovada diaspor fəaliyyətində aktiv olan bir qrup icma üzvünə təşəkkürnamələr təqdim edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti