75 ictimai iaşə müəssisəsində pozuntular aşkarlayıb
Monitorinqlər zamanı aşkarlanmış nöqsanlara qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması,məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması, izləmə sisteminin (QR kod) tətbiq olunmaması, mal qonşuluğu prinsipinin pozulması, temperatur rejiminə riayət olunmaması, süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması, istifadə müddəti bitmiş, Azərbaycan dilində markalanması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcud olması, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmaması, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin olunmaması aid olub.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
AzVision.az
Teqlər: