Müəllimlərə məktəb ərazisində siqaret çəkmək qadağan edildi

   Müəllimlərə məktəb ərazisində siqaret çəkmək qadağan edildi
  23 May 2024    Oxunub:794
Azərbaycanda təhsilverənlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib.
Bu, yeni təsdiqlənən "Təhsilverənlərin etik davranış Qaydaları"na öz əksini tapıb. Eyni zamanda təhsilverənlərin xidməti davranış qaydalarına əsasən, icra və əmək intizamına riayət edilməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.

Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını, eləcə də nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir.

Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir. Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Təhsilverən dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti