Tacikistan Prezidenti ölkəmizə gəlib - FOTO

   Tacikistan Prezidenti ölkəmizə gəlib -  FOTO
  22 May 2024    Oxunub:851
Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az


Teqlər: Azərbaycan   Tacikistan   Prezident   səfər  





Xəbər lenti