Gənclər və idman naziri Fərid Qayıbov Binə Atçılıq Mərkəzinin yerli və beynəlxalq yarışlara ev sahibliyi etməsinin sevindirici hal olduğunu diqqətə çatdırıb.
“Ölkə başçımızın idmana və idmançılarımıza xüsusi diqqət və qayğısı var. İdmançılarımız bizi daim sevindirir. Bu idman qurğusuna müxtəlif yerli və beynəlxalq yarışları izləməyə toplaşırıq. Bu yaxınlarda Beynəlxalq Çövkən Federasiyası yaranıb. Mən atçılıq federasiyasına təşəkkür edirəm ki, bu qədər aktivdirlər. İnanıram ki, bizim qələbələrimiz hələ qarşıdadır”.
Rəsmi çıxışlardan sonra iştirakçı komandaların atlı paradı baş tutub.
Bədii hissə ilə davam edən mərasimdə Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda nümayiş etdirdiyi şou-kompozisiyası izləyicilər tərəfindən maraqla qarşılanıb.
Daha sonra "Ağstafa Dilbaz" və "Zəfər" komandaları arasında görüş start götürüb. Liqanın ilk turunun digər qarşılaşmaları mayın 22-də eyni məkanda oynanılacaq.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasına dekabrın 4-də yekun vurulacaq.
***
Bu günə və ilk tura olan qarşılaşmalar yekunlaşıb:
"Omar" 1 - 0 "Embawood"
"Sərhədçi" 7 - 0 "Ağstafa Dilbaz"
AzVision.az