Latviya Prezidenti COP29-da iştirak edəcək

   Latviya Prezidenti COP29-da iştirak edəcək
  20 May 2024    Oxunub:937
Latviya Prezidenti Eqils Levits COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək.
AzVision.az xəbər ki, bu barədə Prezident İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əlaqələrdən və qarşılıqlı dəstəkdən məmnunluq bildirildi. Latviyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə görə Azərbaycana bir daha minnətdarlıq ifadə olundu. Azərbaycan ilə Avropa İttifaqı və NATO arasında əməkdaşlığa Latviyanın göstərdiyi dəstək və ölkəmizin Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirildi. Orta Dəhlizin inkişaf etdirilməsində Azərbaycanın rolu və region dövlətləri ilə birgə fəaliyyəti qeyd olundu.

Söhbət zamanı ölkələrimiz arasında kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, Latviyanın kənd təsərrüfatı sahəsində çox yaxşı təcrübəsinin olduğu bildirildi və bu sahədə Azərbaycan ilə əməkdaşlığa maraq ifadə edildi.

AzVision.az



Teqlər:





Xəbər lenti