Səfirimiz Kubada COP29-la bağlı görüş keçirib
Söhbət əsnasında iki ölkə arasında elm, texnologiya, ətraf mühit sahələrində əməkdaşlıq imkanları, o cümlədən Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məsələlər müzakirə edilib.
Kubalı nazir Azərbaycanı COP29 kimi mötəbər tədbirə ev sahibliyi münasibətilə təbrik edib və ölkəmizə bu istiqamətdə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Azərbaycan Kuba COP29