Londondakı ziyafətdə şam yeməyini azərbaycanlı aşpazlar təşkil edib - FOTOLAR

Londondakı ziyafətdə şam yeməyini azərbaycanlı aşpazlar təşkil edib -    FOTOLAR
  16 May 2024    Oxunub:2798
Heydər Əliyev Fondu və Azərbaycan Atçılıq Federasiyasının təşkilati dəstəyi ilə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atçılıq üzrə beynəlxalq “Royal Windsor Horse Show 2024” baş tutub.
Tədbirdə ölkəmizi Atçılıq Federasiyası təmsil edib. 4 gün ərzində Qarabağ atlarının nümayişi, milli rəqs qrupunun çıxışları olub.

Bu il tədbir çərçivəsində həmçinin ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan pavilyonu yaradılıb. Pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, zəngin turizm imkanları, müxtəlif yerli brendlərə məxsus suvenirlər, yerli istehsal nümunələri təqdim olunub.

Yarışın şam yeməyinin təşkili növbəti dəfə Azərbaycandan “Mangal Zuğulba və Zuğulba saray” komandasına həvalə olunub. Komandaya “Manqal Zuğulba” və “Zuğulba saray” restoranlarının rəhbəri Namik Məmmədov və baş aşpaz Oktay Cəfərov başçılıq edib.

Ziyafətə kral II Karlın qardaşı şahzadə Edvard və həyat yoldaşı Sofi, Azərbaycandan Dövlət Sərxəd Xidmətinin rəisi Elçin Quliyev, həmçinin, başqa mötəbər qonaqlar qatılıb. Şahzadə Edvard ziyafətdən çox razı qalıb və ölkəmizin təamlarının çox ləzzətli olduğunu söyləyib. Bu barədə səfirlik "X" səhifəsində də təşəkkür paylaşımı edib.






Teqlər: Kulinariya   Mətbəx  





Xəbər lenti