Eminin mahnısı hit oldu - VİDEO

Eminin mahnısı hit oldu - VİDEO
  03 İyul 2014    Oxunub:1177
Məşhur bəstəkar-müğənni Eminin mahnısı iTunes-də hit olub.
AzVision.az xəbər verir ki, dünya musiqi mağazası iTunes Eminin “AMOR” mahnısını 2014-cü ilin yayının ən qaynar hitlərindən biri adlandırıb.

iTunes-un seçdiyi hitlər arasında Beyonce-un sinqlı də var. iTunes öz seçimini Eminin “World Music Awards 2014” müsabiqəsində səs-küylü qələbəsindən sonra edib. Bu müsabiqədə Emin“Ən yaxşı ifaçı”, “Ən yaxşı artist” və “Ən yaxşı dünya şousu” nominasiyaları üzrə təqdim edilib.

Xatırladaq ki, “AMOR” sinqlı sənətçinin səkkizinci ingilis dilində olan albomunun əsas treki olub. Dünya gözəli 2013 Oliviya Kalpo (Olivia Culpo) ilə çəkilən klip isə YouTube-da 5 milyon baxış toplayıb




Teqlər:  





Xəbər lenti