Rövşən Nəcəf Britaniya səfiri ilə görüşüb

Rövşən Nəcəf Britaniya səfiri ilə görüşüb
  23 Aprel 2024    Oxunub:1135
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Krallığın İxrac Maliyyəsi Departamentinin (UKEF) qlobal mənşə üzrə həmsədri Emma Tomas ilə görüşüb.
SOCAR-dan AzVision.az -a bildirilib ki, görüşdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla davam etdirildiyi bildirilib. Böyük Britaniya şirkətlərinin Azərbaycandakı uzunmüddətli və səmərəli fəaliyyəti qeyd edilib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin regionun, o cümlədən Avropanın enerji təhlükəsizliyindəki mühüm rolundan bəhs olunub.

Söhbət zamanı SOCAR-ın Azərbaycanda və müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası, 2035-ci ilədək Korporativ Strategiyasında müəyyənləşdirilən digər strateji hədəfləri barədə məlumat verilib.

Görüş çərçivəsində bərpaolunan enerji, ədalətli enerji keçidi, dekarbonizasiya, “Xalis sıfır”, rəqəmsallaşma və insan kapitalının inkişafı istiqamətlərində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: SOCAR   Britaniya   səfir   görüş  





Xəbər lenti