Borrel: "Qəzzada müsbət irəliləyiş yoxdur"

    Borrel:  "Qəzzada müsbət irəliləyiş yoxdur"
  22 Aprel 2024    Oxunub:723
"İsrail-HƏMAS müharibəsi fonunda nə əsirlərin azadlığa buraxılmasında, nə atəşkəs məsələsində, nə də Qəzza zolağında humanitar fəlakətin aradan qaldırılmasında müsbət irəliləyiş yoxdur".
AzVision.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel ittifaqa mənsub ölkələrin XİN rəhbərlərinin Lüksemburqda baş tutan görüşünün yekununda bildirib.

"Humanitar yardım üzrə məsul komissar bizə yardıma qarşı necə maneə törədildiyinə dair bəzi nümunələr də çatdırıb. Bu Qəzzada insan böhranının aradan qaldırılması səyləri çərçivəsində yolverilməzdir", - Aİ rəsmisi deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza  





Xəbər lenti