Qrip virusu və “X xəstəliyi”: Dünyanı yeni pandemiya gözləyir

  Qrip virusu və “X xəstəliyi”:  Dünyanı yeni pandemiya gözləyir
  22 Aprel 2024    Oxunub:632
Yaxın gələcəkdə dünyanı yeni bir pandemiya bürüyəcək.
AzVision.az "The Guardian"a istinadən xəbər verir ki, alimlər buna qrip virusu və ya “X xəstəliyi”nin səbəb olacağını düşünür.

Media ekspertlər arasında aparılan sorğunun məlumatlarına istinad edərək bildirir ki, alimlərin 57%-i növbəti qlobal epidemiyanın qrip virusunun ştammından, 21%-i isə “X xəstəliyi”ndən yaranacağına əmindir. Məlumata görə, "X xəstəliyi”ni naməlum mikroorqanizmlər yaradır.

Alimlərin daha 15%-i yeni epidemiyaya "Sars-CoV-2"nin səbəb olacağını düşünür.

Sorğuda 187 alim iştirak edib. Məlumatlar aprelin sonunda Barselonada keçiriləcək Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyətinin konqresində ictimaiyyətə açıqlanacaq.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti