Naxçıvanda 15 nəzarət tədbiri üzrə materiallar Prokurorluq və DTX-yə verildi

"Ümumilikdə İdarə tərəfindən auditlərlə müəyyən edilmiş pozuntu məbləği 120 milyon manatdan çox olub. Bütün auditlər üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib", - V. Gülməmmədov deyib.
Onun sözlərinə görə, hesabat ilində İdarə tərəfindən aparılan 6 tədbir də daxil olmaqla 15 nəzarət tədbiri üzrə müvafiq materiallar kollegiyanın qərarına əsasən Baş Prokurorluğuna və Dövlət Təhlükəsizlik Xidmətinə təqdim edilib: "Hesabat tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində 2023-cü ilin və əvvəlki illərin nəzarət tədbirləri üzrə 0,9 milyon manatın bərpası təmin edilmiş və bu istiqamətdə işlər davam etdirilir".
AzVision.az
Teqlər: