ABŞ səhiyyəsi hələ də COVID-19-un mənşəyini bilmir

   ABŞ səhiyyəsi hələ də COVID-19-un mənşəyini bilmir
  19 Aprel 2024    Oxunub:853
ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti hələ də koronavirus infeksiyasının mənşəyi haqqında dəqiq məlumata malik deyil.
Bu barədə Amerika Tibb Departamentinin rəhbəri Xavyer Beserra məlumat verib. Biz hələ də bunu anlamağa çalışırıq (virusun mənşəyini – Qeyd). “Virusun dəqiq səbəbini müəyyənləşdirmək çətindir, çünki bu Çindən məlumat mübadiləsi baxımından daha açıq olmasını tələb edir. Hamımız eyni məqsədə çatmağa çalışırıq, lakin Çin daha çox məlumat verməsə, bunun səbəbini heç vaxt bilməyəcəyik”, - deyə o, qeyd edib.

Bundan əvvəl Çin ABŞ-ın koronavirusun mənşəyi məsələsini siyasiləşdirmək cəhdlərini pisləyib. ABŞ Federal Təhqiqatlar Bürosu, Uhandakı laboratoriya sızmasının pandemiyanın ən çox ehtimal olunan səbəbi olduğuna inandığını söyləyib.

FTB-nin direktoru Kristofer Rey, öz növbəsində, Çin hökumətinin ABŞ və tərəfdaşlarının pandemiyanın baş vermə şəraitini müəyyən etmək səylərinə müdaxilə etmək üçün mümkün olan hər şeyi etdiyini bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti