İrəvanda “Evocabank”ın rəsmisini döydülər
"Hadisə bir nəfərin kəllə-beyin travması ilə "Astxik" tibb mərkəzinə çatdırılmasından sonra məlum olub. Tibb mərkəzinə gələn polis Andranik küçəsində, “Evocabank” filialının qarşısında mübahisə zamanı xəsarət alan şəxsin 27 yaşlı Tiqran X. olduğunu müəyyən edib.
Məlum olub ki, hadisə mübahisə əsnasında baş verib. 50 yaşlı bank müştərisi Samvel X. və oğlu 17 yaşlı M.X ilə onun dostu Tiqran X və 32 yaşlı Nareklə dava edib. Bank müştərisi və onun oğlu ilə dostları bankirlərin bədənlərinin müxtəlif nahiyələrinə ağır zərbələr endiriblər. Polis hazırda onları axtarır.
AzVision.az
Teqlər: