İranın hava limanları İsrailin hücumundan sonra fəaliyyətini bərpa edib |
Xatırladaq ki, aprelin 19-da İranın hərbi obyektləri və hava limanlarına hücumlar olması barədə məlumatlar yayılıb. Raket hücumlarının İsrail tərəfindən reallaşdırıldığı iddia edilir. "Fars" agentliyinin məlumatına görə, partlayışlar İranın İsfahan əyalətinin Kehcəvaristan şəhərində, İsfahan hava limanı və ordunun 8-ci Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş verib.
Tasnim agentliyi isə İsfahanda yerləşən nüvə obyektlərinə ziyan dəymədiyini yazıb.
AzVision.az