Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

   Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır
  18 Aprel 2024    Oxunub:703
Burkina-Fasonun Xarici İşlər Nazirliyi təxribat fəaliyyətinə görə üç fransalı diplomatı “arzuolunmaz şəxs” elan edib.
Bu barədə Fransanın Uaqduqudakı səfirliyinə daxil olan notada deyilir. Notaya əsasən, fransalı diplomatlar 48 saat ərzində Burkina-Faso ərazisini tərk etməlidir.

Dekabrın 1-də Burkina-Fasoda diplomatik pasportlara malik dörd fransalı casusluqda şübhəli bilinərək saxlanılmışdı. Paris onların texniki işlər görmək üçün diplomatik missiyanın dəvəti ilə Uaqduquya gəldiyini iddia edir.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında İbrahim Traorenin rəhbərlik etdiyi hərbi qruplaşmanın dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsindən sonra Fransa və Burkina-Faso arasında münasibətlər pisləşib.

AzVision.az


Teqlər:





Xəbər lenti