İsrail 32 ölkədən İranla bağlı xahiş etdi

 İsrail 32 ölkədən İranla bağlı xahiş etdi
  16 Aprel 2024    Oxunub:583
İsrailin xarici işlər naziri İsrael Katz 32 ölkədən olan həmkarlarına məktublar göndərərək, İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
AzVision.az -ın məlumatına görə, nazir bildirib ki, raket və pilotsuz təyyarələrin buraxılışına hərbi cavab verməklə yanaşı, İrana qarşı diplomatik hücum həyata keçirir.

İsrailli nazir hesab edir ki, İran çox gec olmadan dayandırılmalıdır. Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran aprelin 1-də Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edib.

Həmidə İbrahimova
AzVision.az





Teqlər:





Xəbər lenti