Fransa Rusiya ilə münasibətləri düzəldir?
Müəllifin fikrincə, Moskva Fransa prezidenti Emmanuel Makronun dəvətini qəbul edərsə, Rusiya nümayəndə heyəti iyunda keçiriləcək mərasimə qatılacaq.
Qeyd olunur ki, SSRİ İkinci Dünya Müharibəsi illərində ən ağır fədakarlığı göstərərək ikinci cəbhənin açılmasına imkan yaradıb. Ona görə də qələbə bayramlarını Rusiyanın iştirakı olmadan qeyd etmək çətindir.
Kreml hələlik Fransadan müttəfiq qoşunlarının Normandiyaya çıxarılmasının 80 illiyi ilə bağlı rəsmi dəvət almadığını bəyan edib.
Qeyd edək ki, Rusiya Ukraynada müharibə başladandan sonra Parisla Moskva arasında soyuq münasibətlər yaranıb.
AzVision.az