Onun sözlərinə görə, əvvəllər toqquşma proksi vasitəsilə aparılırdısa, indi isə birbaşa qarşıdurmaya çevrilib:
"İran imicini xilas etmək üçün İsrailə zərbə endirdi" |
Politoloq bildirib ki, nüvə silahının olması tərəfləri genişmiqyaslı müharibədən çəkindirə bilər:
"Tərəflər göstərirlər ki, İranın axırıncı hücumu hansısa ciddi nəticələrə gətirib çıxarıb. İsrail İranın atdığı 90 faiz raketi vurduğunu deyir. Doğrudan da nəticələr belədirsə, İran genişmiqyaslı müharibəyə hazır deyil. Bəlkədə indiki mərhələdə bu, baş verməyəcək. Çox mürəkkəb vəziyyətdir.
Azərbaycan olaraq istəməzdik ki, münasibətlərimiz olan ölkələr arasında belə bir münaqişə olsun və itkilərə gətirib çıxarsın. Vəziyyətə ciddi baxmaq və izləmək lazımdır".
Xatırladaq ki, İran Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olaraq, aprelin 14-nə keçən gecə İsrailə qarşı 30 qanadlı raket və 170 pilotsuz uçan aparat atıb. Bu gün isə İsrailin hərbi kabineti İranın raket və pilotsuz təyyarə hücumuna cavabını müzakirə etmək üçün toplaşıb. İsrailin hərbi qərargah rəisi hücumun cavabsız qalmayacağını bildirib.
Həmidə İbrahimova
AzVision.az