Ağ Ev: "İranın İsrailə hücumu əsl fiaskodur"

      Ağ Ev:    "İranın İsrailə hücumu əsl fiaskodur"
  15 Aprel 2024    Oxunub:808
"İran İsrailə qarşı kütləvi hava hücumunda böyük uğursuzluğa düçar oldu".
AzVision.az xəbər verir ki, bu sözləri Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi brifinq zamanı deyib.

"Hərçənd belə xəbərlərlə qarşılaşırıq ki, İranın hücumunun məhz uğursuzluqla nəticələnməsi əvvəldən planlaşdırılmışdı. Bu qətiyyən doğru deyil. Hücum əsl fiasko idi", - o deyib.

Xatırladaq ki, İran Dəməşqdəki konsulluğuna hücuma və 7 zabitini itirməsinə cavabən İsrailə qarşı kütləvi hava hücumu həyata keçirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail   İran  





Xəbər lenti