Tehrandakı səfirliyimizin fəaliyyəti tezliklə bərpa olunacaq

   Tehrandakı səfirliyimizin fəaliyyəti tezliklə bərpa olunacaq
  15 Aprel 2024    Oxunub:851
Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq.
İSNA xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Naser Kənani keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunub.

"İran Bakıya yeni səfir təyin etməyə hazırdır. Çünki fəaliyyətdə olan səfir Seyid Abbas Musəvinin səlahiyyət müddəti artıq başa çatıb".

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini tamamilə dayandırıb, bütün diplomatlarını İrandan çıxarıb.

AzVision.az


Teqlər:





Xəbər lenti