Uşaqlar üzərində təcrübə aparmış alim işinə qaytarıldı

Uşaqlar üzərində təcrübə aparmış alim işinə qaytarıldı
  15 Aprel 2024    Oxunub:706
Çində uşaqlar üzərində qeyri-qanuni genetik təcrübələr apardığına görə məhkum olunmuş He Çzyankuy adlı tədqiqatçı yenidən öz işinə qayıdıb.
Bu barədə alim Yaponiyanın “Mainichi Shimbun” qəzetinə müsahibəsində deyib.

O, 2016-cı ildən insan embrionlarının genomunun "redaktəsi" ilə məşğuldur. ALim "CCR5" genini süni şəkildə “dayandırmaqla” SPİD xəstəliyinin insan orqanizminə təsirini azaltmağa çalışır. Eksperimentin iştirakçıları Lulu və Nana adlı əkiz qızlar olub. Həmçinin başqa bir uşaq da təcrübəyə cəlb edilib. Onun sözlərinə görə, bu uşaqlar indi normal həyat sürür və bağçaya gedirlər.

Alimin fəaliyyəti 2018-ci ildə ifşa olunub. O, təcrübəsi haqqında səlahiyyətlilərə heç nə deməyib. Tədqiqatçı qısa zamanda universitet titullarından və biznesindən məhrum edilərək üç il həbs cəzasına məhkum edilmişdi.

AzVision.az



Teqlər: Çin  





Xəbər lenti