Geosiyasi gərginlik qızılın qiymətində enişlərə səbəb olur

   Geosiyasi gərginlik qızılın qiymətində enişlərə səbəb olur
  15 Aprel 2024    Oxunub:886
İranın İsraildən qisas alacağı və regional müharibə riskinin artacağı gözləntiləri iqtisadi bazarları hərəkətə keçirib.
AzVision.az "CNN Türk"ə istinadən xəbər verir ki, maliyyə bazarlarına təzyiq göstərən bu vəziyyət investorları təhlükəsiz sığınacaq axtarmağa sövq edib. Belə ki, dünya birjalarında qızılın unsiyalarında tarixi zirvələr, riskli aktivlər hesab edilən kriptovalyutalarda isə kəskin enişlər müşahidə edilir.

Geosiyasi gərginliklə bağlı narahatlıqlar artması fonunda əvvəlki gün təxminən 2,5 faiz artaraq 2 min 431,5 dollara qədər rekord qıran bir unsiya qızılın qiyməti gecə saatlarında 2 min 333 dollara geriləyib.

Bitcoin və digər kriptovalyutalarda isə dəyişkənlik artıb. Bitcoin yarılanmadan 7 gün əvvəl 67 min 300 dollara düşüb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti