Qarabağda döyüşmüş məşhur separatçı saxlanıldı

Qarabağda döyüşmüş məşhur separatçı saxlanıldı
  15 Aprel 2024    Oxunub:575
Erməni separatçı hərəkatının rəhbərlərindən olan, 2020-ci ildə Qarabağda döyüşmüş Vaaqn Çaxalyan İrəvanda saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Razminfo” saytının koordinatoru Karen Vrtanesyan məlumat yayıb.

Erməni separatçı qohumunu öldürüb intihar etdi
Qeyd edilir ki, o, hansısa tədbirdə “Stop Nikol” divara yazdığına görə tutularaq polisə aparılıb.

"Bir neçə polis maşını gəldi. Vaaqn canlı yayım açmışdı və mən polisdən qəribə suallar eşitdim. O, "Bu, siyasi bir şeydir, elə deyilmi?" dedi”. Bundan sonra onu saxladılar. Çaxalyan Cavaxetiyadan olan erməni siyasətçidir və "Kamk" ictimai təşəbbüsünün yaradıcısıdır", - Vrtanesyan yazıb.

Xatırladaq ki, Gürcüstan Baş Prokuroluğu bir neçə il öncə Çaxalyanın vətəndaşlıqdan məhrum edilməsi barədə məlumat yaymışdı.
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti